3 yeni Pivot layihəsinə yekun vuruldu...
- RQ Raul Emre
- Apr 15
- 1 min read
Gilan Pivot şirkəti “AgroDairy” MMC ilə suvarma sistemlərinin qurulması istiqaməti üzrə əməkdaşlığının növbəti fazasında 3 yeni “Pivot” layihəsini uğurla yekunlaşdırdı. Bu layihənin də təhvili verilməsi ilə AgroDairy MMC-yə məxsus 2800 ha ərazi pivot suvarma sistemləri ilə tam təchiz edilmiş oldu. Qeyd edək ki, pivot və damcı suvarma sistemlərinin layihələndirilməsi bazarında 10 ildir aktiv fəaliyyət göstərən “Gilan Pivot” şirkəti ötən illər ərzində 20 min hektar sahədə, 30 iri həcmli suvarma layihəsinin icrasını, o cümlədən, 250-dən yuxarı pivot suvarma sistemlərinin quraşdırılmasını həyata keçirmişdir.