19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
- May 9
- 1 min read
5-8 may, 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") keçirildi. 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgidə "Gilan Pivot" olaraq biz də təmsil olunduq və tədbir boyu xüsusi aktivliyimiz ilə seçildik. Sərgi ərəfəsində yüzlərlə qonağı stendimizdə qəbul etdik, şirkətimiz üçün olduqca faydalı, məhsuldar görüşlər keçirtdik. Qeyd edək ki, “Caspian Agro Week” çərçivəsində aqrar sahənin aktual mövzularının müzakirəsinə həsr olunmuş müxtəlif forumlar keçrilmiş, panel sessiyalar təşkil olunmuşdur ki, şirkətimizin rəhbər statuslu əməkdaşları da bu tədbirlərdə spiker kimi iştirak etmişdir. Sərgi təşkilatçılarına, qonaqlarımıza, bütün işçi heyətimizə minnətdarlığımızı bildiririk.



































































