İşğaldan azad olunmuş ərazilərdə keçirilən ilk Aqrar Biznes Festivalında iştirak etdik
- RQ Raul Emre
- May 2
- 1 min read
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində keçirilən Aqrar Biznes Festivalında şirkətimiz də iştirak etdi. Festival çərçivəsində fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran həllər barədə şirkətimiz tərəfindən məlumatlar təqdim edilib. Festivalda, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət qurumları və özəl müəssisələr tərəfindən keçirilən panel müzakirələrdə aktiv iştirak etdik.