18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
- RQ Raul Emre
- May 17
- 1 min read
13-16 may, 2025-cil il tarixində Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçirildi. 31 ölkədən 450 şirkətin iştirak etdiyi sərgidə "Gilan Pivot" olaraq biz də təmsil olunduq və tədbirin bütün günlərində xüsusi aktivliyimiz ilə seçildik. Sərgi ərəfəsində yüzlərlə qonağı stendimizdə qəbul etdik, şirkətimiz üçün olduqca faydalı, məhsuldar görüşlər keçirtdik və həmçinin, bir sıra şirkətlərlə memorandumlar imzaldıq. Sərgi təşkilatçılarına, qonaqlarımıza, bütün işçi heyətimizə minnətdarlığımızı bildiririk.