top of page

Müasir suvarma sistemlərinin yerli istehsal perspektivləri müzakirə edildi

13-16 may, 2025-cil il tarixində Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçirildi.


31 ölkədən 450 şirkətin iştirak etdiyi sərgidə suvarma sistemlərinin layihələndirilməsi üzrə 10 illik təcrübəyə malik “Gilan Pivot" şirkəti də iştirak etməkdə idi. "Gilan Pivot” sərgi ərəfəsində stendində yüzlərlə qonağı qəbulu, məhsuldar görüşlər keçirilməsi və bir sıra memorandumların imzalanması ilə yadda qalsa da, şirkət üçün ən əlamətdar hadisələrdən biri də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun şirkət stendini ziyarət etməsi oldu.


Ziyarət əsnasında “Gilan Pivot” şirkətinin İcraçı Direktoru, Emil Qocayevlə aparılan müzakirənin ana mövzusu isə yerli istehsal idi. Şahmar Mövsümovla müasir suvarma sistemlərinin yerli istehsal perspektivləri üzrə geniş müzakirə aparılmış və bu müzakirələr şirkətə belə bir təşəbbüsün ilkin təməllərinin qoyulması istiqamətində stimul vermişdir.




Əlaqə

Ünvan

Mikayıl Müşfiq küçəsi 1C,
Bakı, Azərbaycan

Telefon

+994 50 290 5347

Sosial Media

  • Gilan Pivot | Linkedin
  • Gilan Pivot | Youtube

© 2015 - 2025 | Gilan Pivot

bottom of page