top of page

Türkan qəsəbəsində kompleks damcı suvarma layihəsinə start verildi

"Gilan Pivot" şirkəti ilə "Grand-Agro" MMC arasında damcı suvarma sistemlərinin layihələndirilməsi və qurulması üzrə müqavilə imzalanmışdır."Grand-Agro" MMC ilə əməkdaşlıq çərçivəsində iki fazalı layihənin birinci fazasında "Gilan Pivot" şirkəti tərəfindən Türkan qəsəbəsində şirkətə məxsus 254 hektar torpaq sahəsində müasir damcı suvarma sistemlərinin qurulması üzrə işlərin icrasına start verilib.

Damcı suvarma layihəsinin təyinatında su resurslarından səmərəli istifadə, əkin sahələrinin məhsuldarlığının arıtırlması və müasir aqrotexniki tələblərə cavab verən infrastrukturun yaradılması dayanmaqdadır.

Layihənin ikinci fazasında isə müasir damcı suvarma sistemlərinin qurulması ilə yanaşı şirkətimiz partnyorumuzun 150 hektarlıq ərazisini yüksək keyfiyyətli suvarma materiallarının tədarükü ilə təmin edəcəkdir.

Əlaqə

Ünvan

Mikayıl Müşfiq küçəsi 1C,
Bakı, Azərbaycan

Telefon

+994 50 290 5347

Sosial Media

  • Gilan Pivot | Linkedin
  • Gilan Pivot | Youtube

© 2015 - 2025 | Gilan Pivot

bottom of page